Modern.az

Atası tərəfindən qaçırıldığı deyilən qızdan XƏBƏR VAR

Atası tərəfindən qaçırıldığı deyilən qızdan XƏBƏR VAR

Aktual

26 Yanvar 2022, 17:28

Salyan rayonunun Xıdırlı kəndində 5 il boyunca nənəsinin himayəsində yaşayan 11 yaşlı qızın atası tərəfindən dərsdən çıxarkən qaçırılması barədə məlumatlar yayılıb. İddia olunur ki, ata öz qızını qaçıraraq qardaşının evinə aparıb. Faktla bağlı azyaşlının nənəsinin Daxili İşlər Nazirliyinin “102 xidməti”nə şikayət etdiyi deyilir.

 

Modern.az-ın əməkdaşı Xıdırlı kənd bələdiyyəsinin sədri Pəri Zülfüqarova ilə əlaqə saxlayaraq, hadisənin təfərrüatını dəqiqləşdirməyə çalışıb. P.Zülfüqarova bildirib ki, 11 yaşlı Nilufər hazırda atasının yanındadır.

 

Onun sözlərinə görə, azyaşlı qızın anası Kəmalə intihar edəndən sonra atası ikinci dəfə ailə həyatı qurub, lakin onun ikinci ailəsindən övladı yoxdur:

 

“Nilufər ailədə tək övladdır. Bu gün atasını gördüm. Uşağı soruşdum. Dedi ki, yaxşıdı, rahatdı. Ağlamır, analığı ilə də ünsiyyət qurub. 5-ci sinif şagirdi olan uşağın məktəbə gəlib-gəlməməsi ilə bağlı məlumatım yoxdur”.

 

P.Zülfüqarova Nilufərin ata və anasının yaxın qohum olduqlarını bildirib: “Onlar xalaqızı-xalaoğludurlar. Məhkəmənin qərarı ilə uşaq atasına verilib. Məndə olan məlumata görə, Nilufərin əhvalı yaxşıdır. Həyətdə uşaqlarla oynayır. Atası ilə birgə məhəllədə gəzir. Qapalı mühitdə saxlanılmır. Ata qızının ana qohumları ilə əlaqəni kəsmək istəmir. Sadəcə bir müddət övladının onunla birgə qalmasını, ona alışmasını istəyir. Orada uşağa psixoloji təzyiq edildiyini söyləyirlər. Bir müddətdən sonra nənəsinin, xalasının, dayısının da yanına gedəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var