Modern.az

İlk olaraq Şuşa və Ağdam qazlaşdırılacaq  - RƏSMİ

İlk olaraq Şuşa və Ağdam qazlaşdırılacaq  - RƏSMİ

Aktual

28 Yanvar 2022, 12:13

“İşğaldan azad olunan ərazilərdə qaz sayğacları quraşdırıldıqdan sonra sözsüz ki, abunəçilərə müəyyən kodlar veriləcək".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün təşkil olunan "Açıq qapı" aksiyasında deyib.

 

O bildirib ki, bu proses qazlaşma işi yekunlaşdıqdan sonra olacaq:

 

“Azad olunan ərazilərdə qazlaşma işi ilə əlaqədar hazırda yalnız layihələndirmə işləri görülür. İlk olaraq Ağdam və Şuşanın qazlaşdırılmasından söhbət gedir”.

 

Qurum rəsmisi qeyd edib ki, eyni zamanda, işğaldan azad olunan ərazilərdən daxil olan zəngləri cavablandırmaq üçün operatorlar ayrılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü