Modern.az

Bakıda qaçırılan 16 yaşlı qızın atası danışdı: Hər ikisinin təhsili yoxdur

Bakıda qaçırılan 16 yaşlı qızın atası danışdı: Hər ikisinin təhsili yoxdur

26 Aprel 2024, 23:54

Bakıda qaçırılan 16 yaşlı qızın atası danışıb.

 

Modern.az-ın məlumatına görə, hadisə aprelin 17-si Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. 16 yaşlı qız kredit ödənişi üçün evdən çıxıb və geri qayıtmayıb.

 

Məlumata görə, o, özündən bir yaş böyük oğlana qoşulub qaçıb.

 

Yeniyetmə qızın atası bildirib ki, qızının təhsil almağını istəyir və övladı yanvar ayından etibarən tibb kursuna gedirdi.

 

Yeniyetmə oğlanın bacısı Zəhra Məmmədova deyilənləri təsdiqləyərək qızın öz istəyi ilə qaçdığını bildirib.

 

Amma ata əksinə qızının təzyiq altında olduğunu düşünür.

 

Oğlanın bacısı Zəhra isə bildirib ki, qardaşı doqquzuncu sinifdən sonra məktəbə getməyib. Hazırda işləmir və heç bir pis vərdişi yoxdur.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, qız və oğlan hazırda Şamaxı rayonundadırlar. Onlarla bağlı qanunamüvafiq tədbirlər görüləcək.

 

Ətraflı süjetdə:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!