Modern.az

Ursula Fon der Lyayen Bakıya dəvət edildi

Ursula Fon der Lyayen Bakıya dəvət edildi

COP29

26 Aprel 2024, 23:49

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Bakıda keçirləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəvət olunub.

 

Modern.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqı (Aİ) yanında missiyanın rəhbəri Vaqif Sadıqov "X" hesabında paylaşım edib.

 

"Aİ-Azərbaycan münasibətlərinin bu günü və gələcəyi ilə bağlı əsaslı fikir mübadiləsinə görə Avropa Komissiyası sədrinin diplomatik müşaviri cənab Fernando Andresen-Gimarayeşə dərin təşəkkürümü bildirirəm. Bu görüş həm də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə noyabr ayında Bakıda keçiriləcək COP29-a dəvət məktubunun göndərilməsi də yaxşı fürsət oldu", - diplomat paylaşımında bildirib..

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək