Modern.az

İşsizlikdən sığorta haqqında” qanun yenidən DƏYİŞİR

“İşsizlikdən sığorta haqqında” qanun yenidən DƏYİŞİR

Aktual

28 Yanvar 2022, 12:25

“İşsizlikdən sığorta haqqında" qanuna yenidən dəyişikliklər həyata keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev deyib.

 

O bildirib ki, kvota üzrə iş yerlərini dolduran işəgötürənlərə əlavə iş yerlərinin açılması müqabilində iş yerinin 100% maliyyələşdirilməsi təmin ediləcək:

 

"Bu istiqamətdə artıq işlərə başlanılıb. Hazırda həmin layihə üzərində iş gedir. Əgər işə götürən iş yeri üzrə kvotanı doldurduqda əlavə iş yerinin maliyyələşdirilməsi İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına həyata keçirəcəyik”.

 

Qurum rəsmisinin sözlərinə görə, digər aktiv məşğulluq tədbirlərimiz olacaq:

 

"Vətəndaşlar da təkliflərini verə bilər. Artıq hədəf ölkələr müəyyən edilib, onların təcrübəsi də öyrənilir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir