Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Aktual

28 Yanvar 2022, 12:35

Sabahın hava proqnozu açıqlanıb.
 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yanvarın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Müayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-9° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq.

 

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü