Modern.az

"Buster" doza təhlükəsizliyimizin qarantıdır

Aktual

29 Yanvar 2022, 17:27

Koronavirus pandemiyası hələ bitməyib və dünyada bu xəstəliyin yeni ştamına yoluxanların sayı artmaqda davam edir. Biz bunun ağır nəticələrini görürük. Hadisələrin gedişatı göstərir ki, bu proses hələ bir qədər də davam edəcək.


Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.


Parlamentari qeyd edib ki, ölkəmizdə yoluxma sayı son bir neçə gün ərzində üç mindən çoxdur:

 

""Omicron” ştamının genetik xüsusiyyətlərini nəzərə alsaq, yoluxmanın artan xətt üzrə davam edəcəyini demək mümkündür.

 

Azərbaycan COVID-19 pandemiyasının yayılmağa başladığı ilk günlərdən çevik addımlar atıb və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirib. Bu tədbirlər indi də davam etdirilir. Dövlətimiz pandemiyanın insanlara və iqtisadiyyata ağır fəsadlarının qarşısını almağa müvəffəq olub və biz məhz qabaqlayıcı tədbirlərin sayəsində bu bəladan az itkilərlə çıxa bildik.


Xəstəliyinin dünyada geniş yayılmasından danışan deputat bildirib ki, Rusiyada hətta uşaqlar arasında da yoluxma kəskin çoxalıb. Hazırda Rusiyanın paytaxtında xəstəliyə yoluxan uşaqların sayı 28 mini ötüb. Fransada, Rumıniyada, İtaliyada və digər ölkələrdə sutka ərzində yoluxma rekord həddə çatıb".


“Əhaliyə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vaksinasiya prosesi hələ də tam şəkildə aparılmayıb. Vətəndaşlarımız özləri bu prosesdə fəal iştirak etməlidirlər. Çünki bu, onların sağlamlığı üçün çox vacibdir. Bir sözlə, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən səmərəli yolu vaksinasiyadır. Bu mənada, “buster” doza çox önəmlidir. Son məqamı gözləməyə dəyməz. Vaxtında etmək lazımdır ki, sonra çətinliklər olmasın. Məsələn, əvvəlki dövrdə vətəndaşlarımız “Peyvənd sertifikatı” almaqdan ötrü kütləvi şəkildə poliklinikalarda üz tutdular və bu da növbələrin, sıxlığın yaranmasına səbəb oldu.

 

Bu dəfə eyni halın təkrarlanmaması üçün indidən vaksin olunmağa başlamaq lazımdır. Çünki cəmi 20 gündən sonra – fevralın 15-dən 2-ci dozanın vurulmasından altı ay keçən vətəndaşların “Peyvənd sertifikatı” etibarsız sayılacaq”, - deyə C. Məmmədov vurğulayıb.


Deputat qeyd edib ki, vaksinasiya hər şeydən əvvəl təhlükəsizliyimizin təminatıdır. Vaksinin bütün dozalarını vurdurmaq xəstəlikdən qorunmaqda hər birimizə kömək edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var