Modern.az

Gürcüstan-Rusiya sərhədində son durum: 5 gündür ki...

Gürcüstan-Rusiya sərhədində son durum: 5 gündür ki...

Aktual

2 Oktyabr 2022, 13:20

Şimali Osetiyada Rusiya və Gürcüstan sərhəd-keçid məntəqəsindən keçmək istəyən şəxslər beş gündür növbə gözləyirlər.

 

Modern.az xəbər verir ki, “Verxniy Lars” keçid məntəqəsində ucsuz-bucaqsız növbə yaranıb.

 

Bəzi sürücülər dövlət nömrə nişanlarını çıxararaq avtomobillərini yolun kənarında qoyub, orakı tərk ediblər. Bundan əlavə, avtomobillərin üzərində onların Gürcüstana keçməsinə kömək təklifləri ilə bağlı elanlar yerləşdirilib.

 

Növbədə, həmçinin Samara vilayətindən olan sürücülük məktəbinin təlim maşını və üzərində “South African National Park” yazısı olan avtomobil də görünüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?