Modern.az

Separatçılar həddini aşdı: "sərhəd" çəkdilər 

Separatçılar həddini aşdı:

Aktual

9 Oktyabr 2022, 09:30

Gürcüstanın Kareli bələdiyyəsi yaxınlığında separatçı Cənubi Osetiya rejimi Tbilisinin çağırışlarına məhəl qoymayaraq "sərhəd" müəyyənləşdirilməsinə davam edib.

 

Modern.az xəbər verir ki, sakinlərin sözlərinə görə, qeyri-qanuni və qondarma delimitasiya prosesi separatçı "Cənubi Osetiya hökuməti" tərəfindən aparılıb.

 

Qanunsuz delimitasiya işləri nəticəsində separatçılar tərəfindən zəbt olunmuş ərazidə metal dirəklər və naqillər quraşdırılıb.

 

"Delimitasiya" prosesinin Cənubi Osetiyadakı rusiyalı "sülhməramlıların" gözü qarşısında baş verdiyi vurğulanıb.

 

Məlumata görə, faktla əlaqədar artıq “qaynar xətt” fəaliyyətə başlayıb və qanunsuz proseslə bağlı Avropa İttifaqının monitorinq missiyası və Cenevrə müzakirələrinin həmsədrləri məlumatlandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi