Modern.az

Erməni çörəyi yeyənlər Azərbaycanı başqa yerə sürükləmək istəyir

Erməni çörəyi yeyənlər Azərbaycanı başqa yerə sürükləmək istəyir

14 Oktyabr 2022, 11:32

Milli Məclisdə Fransa Senatına bəyanat göndərilməsi təklif edilib. 

 

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edib.

 

O qeyd edib ki, Fransaya xəbərdarlıqlar prezident Emmanuel Makronun çıxışları ilə əlaqədar olmalıdır: 

 

"Makron Praqa görüşündən sonra “France2” telekanalına müsahibə verib, Ermənistanı tərifləyir. Bu yolverilməzdir. Prezidentlər bilməlidirlər ki, nə danışırlar, nədən danışırlar. Biz bu gündən başlayaraq, Fransa Senatına bəyanatlar göndərməliyik. Görünür ki, bütün dövlətlər üçün maraqlar var.

 

O vaxt ulu öndər Heydər Əliyev çox düzgün qeyd etmişdi ki, Fransa həmsədr dövlət ola bilməz, çünki erməni dəstəkçisidir. Lazım gələrsə, Fransa ilə bütün diplomatik əlaqələr kəsilməlidir. BMT-də Azərbaycan çox düzgün mövqe sərgilədi. Bu gün erməni çörəyi yeyənlər Azərbaycanı başqa yerə sürükləmək istəyir. Xatırlayıram ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi BMT-də müzakirəyə çıxarılanda buna cəmi 14 ölkə səs vermişdi”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi