Modern.az

Ombudsman bu məbləğdə icbari sığorta ediləcək

Ombudsman bu məbləğdə icbari sığorta ediləcək

18 Oktyabr 2022, 12:16

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək.

 

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsi müzakirəyə çıxarılıb.

 

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

 

Qeyd edək ki, ombudsmanın aylıq əmək haqqı 3060 manatdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları