Modern.az

Rəşad Cabirli MÜSİAD Azərbaycanın yeni hədəflərindən danışdı

Rəşad Cabirli MÜSİAD Azərbaycanın yeni hədəflərindən danışdı

Aktual

19 Mart 2024, 16:44

Martın 16-da  MÜSIAD Azərbaycanın İdarə Heyətinin yeni tərkibinin formalaşması üçün səsvermə prosesi baş tutub. Səsvermə nəticəsində MÜSİAD Azərbaycanın yeni İdarə Heyəti üzvləri Rəşad Cabirli, Hüseyin Yapar, Alim Şentürk, Osman Yaqubov, Emin Əzizli, Azər Göyüşov, Aslan Abdullayev, Fatih Uzun, Remzi Mişeli, Zeki Gül, Elvin Əliyev, Akif Başoğlu seçiliblər.

 

Rəşad Cabirli yenidən MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri seçilib.

 

Bundan sonra MÜSİAD Azərbaycanın qarşısında hansı hədəflər var?

 

Modern.az məsələ ilə bağlı MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli ilə əlaqə saxlayıb.

 

O, saytımıza açıqlamasında yeni dövrdə görülməsi planlaşdırılan işlərdən və hədəflərdən bəhs edib:

 

“Əlbəttə ki, yeni dövrdə görülməsini planlaşdırdığımız xeyli işlər var. İlkin olaraq, Hədəf liseyi ilə birlikdə Naşirlər forumu keçirməyi planlaşdırırıq. Aprel ayında Müstəqil İş Adamlarının Görüşünü həyata keçirəcəyik. Bölgələrdə iftar proqramları təşkil olunacaq. Noyabr ayında MÜSİAD-2024 EXPO keçirilməsi planlaşdırılır. Bu tədbirin də Türk dövlətlərindən birində təşkili gözlənilir. MÜSİAD İnvest öz işini daha irəlilədəcək. İnvestisiyaların cəlb olunması istiqamətində böyük işlər görüləcək. Hədəflərimizdən biri də üzvlərarası dövriyyənin ötən ilə nisbətdə 25% artırılmasıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir