Modern.az

Zəngilanda qadın fermerlərə dəstək - FOTO

Zəngilanda qadın fermerlərə dəstək - FOTO

Aktual

19 Mart 2024, 16:08

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində qadın fermerlərə göstərilən dəstək tədbirləri davam edir.

 

Layihə çərçivəsində qadın fermerlərlə növbəti görüş Zəngilan rayonunda baş tutub. Dəstək tədbirindən Zəngilan rayonunun Ağalı kəndindən olan və layihə mərhələlərini uğurla tamamlayan 14 fermer qadın faydalanıb. 

 

Əvvəlcədən aparılan qiymətləndirmə sorğularına əsasən 9 fermer qadının hər birinə təsərrüfatlarının ehtiyacları üzrə 100 toyuq və 3 aylıq yem ehtiyatı verilib, ehtiyac duyulan invertarla təmin edilib. 

 

Bundan əlavə, 5 fermer qadının hər birinə 1200 olmaqla, ümumilikdə 6000 ağac və dekorativ güllərin tingləri verilib. Ağacları yetişdirməkdə əsas məqsəd yeni salınan qəsəbələrin abadlaşdırılması və yaşıllaşdırılmasında istifadə etməkdir. 

 

Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bu günədək 330 təsərrüfatın qiymətləndirilməsi aparılıb, tələblərə cavab verən 473 fermerə təlimlər keçirilib. Ümumilikdə 20 region üzrə 233 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir