Modern.az

1 həftədə 53 mina zərərsizləşdirildi

1 həftədə 53 mina zərərsizləşdirildi

Aktual

26 Mart 2024, 14:44

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik (18.03.2024 və 24.03.2024) məlumat yayıb.

 

Qurumundan Modern.az-a bildirilib ki, azad olunan ərazilərdə 30 piyada əleyhinə mina, 3 tank əleyhinə mina, 121 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

 

Həmçinin, 462.1 hektar ərazi minalardan təmizlənib.

 

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir