Modern.az

Sumqayıtda qanunsuz tikili söküldü - VİDEO

Sumqayıtda qanunsuz tikili söküldü - VİDEO

Aktual

28 Mart 2024, 11:34

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin qarşısında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü