Modern.az

Yeni qaydalardan sonra taksilər belə görünəcək - FOTO

Yeni qaydalardan sonra taksilər belə görünəcək - FOTO

Aktual

28 Mart 2024, 17:02

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti bu gün “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.

 

Modern.az-ın məlumatına görə, qərarda taksilərə dair tələblər müəyyənləşib.

 

Qərara əsasən, taksi minik avtomobilinin fərqləndirici nişanı və taksi fənəri olmalıdır. Sənəddə taksilərin xarici görünüşünə dair foto da yerləşdirilib.

 

1334552

Taksi minik avtomobilində istifadə olunan məlumat lövhəsi isə aşağıdakı kimi olacaq:

1334551

 

Müntəzəm sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi olmalıdır. Məlumata görə, agentliyin loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi hər bir avtobusun banında aşağıdakı qaydada yerləşdirilməlidir:

- banın ön hissəsinin üzərində sağ tərəfdə və banın arxa hissəsinin üzərində sağ tərəfdə;

- banın sağ tərəfində ön hissədə, banın sol tərəfində sürücü pəncərəsinin altında.

 

1334556

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir