Modern.az

Qarabağdan Ermənistana köçən 11 min nəfər mühacirət edib

Qarabağdan Ermənistana köçən 11 min nəfər mühacirət edib

Aktual

29 Mart 2024, 14:03

Qarabağdan Ermənistana köçən 11 minə yaxın insan artıq başqa ölkəyə mühacirət edib.

Modern.az xəbər verir ki, keçmiş separatçıların nümayəndəsi Geqam Stepanyan bildirib.

Bununla belə, o, digər məlumatların da yayıldığını, qeyri-rəsmi rəqəmlərdə Ermənistandan mühacirət edən Qarabağ ermənilərinin 15 minə çatdığını qeyd edib.

"Əsas səbəb Ermənistanda insanların normal həyatını pozan sosial-məişət şəraitidir, ona görə də onlar Rusiyanın cənub bölgələrinə köçməyə üstünlük verirlər", - Stepanyan bildirib.

A.Stepanyanın səzlərinə görə, Qarabağdan köçüb Ermənistana gələn 10 min 800 nəfər iş tapa bilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü