Modern.az

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü

Aktual

29 Mart 2024, 14:12

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

 

Modern.az-ın məlumatına görə, görüntüsü alimlər tərəfindən ilk dəfə 2022-ci ilin mayında əldə olunan “Sagittarius A*” (“Oxatan A*”), Süd Yolunun mərkəzində yerləşir.

 

Astronomlar bu superkütləvi qara dəliyin qütbləşmiş işıqda ilk görüntüsünü əldə ediblər. Görüntü sayəsində qara dəliyin ətrafındakı maqnit sahələri də müşahidə edilə bilər.

 

Qeyd edək ki, qara dəliyin ilk şəkli EHT tərəfindən 2019-cu ildə dərc edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir