Modern.az

İçərişəhərdə fotosərgi keçirilib - FOTO

İçərişəhərdə fotosərgi keçirilib - FOTO

Aktual

17 Aprel 2024, 12:51

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə ərsəyə gələn və 18 mart tarixindən etibarən nümayiş olunan "Fotolarda canlanan tarix" adlı fotosərginin bağlanış mərasimi baş tutub.

 

Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Fazil Mustafa, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Memarlar İttifaqının sədri Elbəy Qasımzadə, dövlət rəsmiləri, ictimai xadimlər, tərəfdaşlar, eləcə də gənc bərpaçılar iştirak ediblər. 

 

Sərgi iştirakçılarına təqdim olunan “İçərişəhər”, “Abşeron” və “Qarabağ” adlı üç kolleksiya üzrə, bəziləri ilk dəfə sərgilənən unikal fotolarla, qonaqlar vaxtilə mövcud olmuş, hazırda isə ya qalıqları qalmış, ya da tamamilə dağıdılmış abidələri əvvəlki vəziyyətində görmək imkanı qazanıblar.

 

Sərgidə nümayiş olunan nadir fotolar Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” DTMQİ-nin nəzdində fəaliyyət göstərən “İçərişəhər” Muzey Mərkəzinin fonduna məxsus 1860-1970-ci illərə qədər olan dövrü əhatə edən şüşə neqativlərin və nadir fotoların bərpa və konservasiya edilməsi, rəqəmsallaşdırılması nəticəsində işıq üzü görüb. Ölkədə ilk dəfə olaraq tətbiq olunan bu texnologiya sahəsində ilkin mərhələdə fondun arxivindəki minlərlə fotodan 300-dən çox fotoya ikinci həyat verilib.

İçərişəhərdə "Fotolarda canlanan tarix" adlı fotosərginin bağlanış mərasimi keçirilib

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə ərsəyə gələn və 18 mart tarixindən etibarən nümayiş olunan "Fotolarda canlanan tarix" adlı fotosərginin bağlanış mərasimi baş tutub.

 

Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Fazil Mustafa, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Memarlar İttifaqının sədri Elbəy Qasımzadə, dövlət rəsmiləri, ictimai xadimlər, tərəfdaşlar, eləcə də gənc bərpaçılar iştirak ediblər. 

 

Sərgi iştirakçılarına təqdim olunan “İçərişəhər”, “Abşeron” və “Qarabağ” adlı üç kolleksiya üzrə, bəziləri ilk dəfə sərgilənən unikal fotolarla, qonaqlar vaxtilə mövcud olmuş, hazırda isə ya qalıqları qalmış, ya da tamamilə dağıdılmış abidələri əvvəlki vəziyyətində görmək imkanı qazanıblar.

 

Sərgidə nümayiş olunan nadir fotolar Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” DTMQİ-nin nəzdində fəaliyyət göstərən “İçərişəhər” Muzey Mərkəzinin fonduna məxsus 1860-1970-ci illərə qədər olan dövrü əhatə edən şüşə neqativlərin və nadir fotoların bərpa və konservasiya edilməsi, rəqəmsallaşdırılması nəticəsində işıq üzü görüb. Ölkədə ilk dəfə olaraq tətbiq olunan bu texnologiya sahəsində ilkin mərhələdə fondun arxivindəki minlərlə fotodan 300-dən çox fotoya ikinci həyat verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək