Modern.az

Şənbə günü paytaxtda iməcilik KEÇİRİLƏCƏK

Şənbə günü paytaxtda iməcilik KEÇİRİLƏCƏK

Aktual

18 Aprel 2024, 09:51

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, aprel ayının 20-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçiriləcəkdir.

 

Bu barədə Modern.az Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır.

 

“Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq”, - məlumatda vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü