Modern.az

Paşinyana 23 sual verdik, 3-nə cavab verdi - İrəvanda mitinq

Paşinyana 23 sual verdik, 3-nə cavab verdi - İrəvanda mitinq

1 May 2024, 10:25

Ermənistanda Azat kəndindəki kazarmada baş verən yanğında həlak olan hərbçilərin yaxınları İrəvanın Respublika meydanında mitinq keçirir.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, etirazçıların sözlərinə görə, hadisə ilə bağlı baş nazir Nikol Paşinyana 23 sual verilib, o, 3 suala cavab verib.

 

Onlar istintaqın gedişindən son dərəcə narazıdırlar, deyirlər ki, İstintaq Komitəsi bununla sadəcə məşğul deyil:

 

"Baş nazir və İstintaq Komitəsinin rəhbəri ilə iki dəfə görüşsək də, suallarımıza cavab ala bilmədik. Necə ola bilər ki, 15 oğlanın hamısı yanan binada qalıb və ən azı ikisi çıxa bilməyib?".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...