Modern.az

Senat Rusiyadan uran idxalı qadağasını TƏSDİQLƏDİ

Senat Rusiyadan uran idxalı qadağasını TƏSDİQLƏDİ

Dünya

1 May 2024, 10:39

ABŞ Senatı Rusiya Federasiyasından az zənginləşdirilmiş uranın idxalına qadağa qoyan qanun layihəsini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

 

Sənədə əsasən, məhdudiyyət 2040-cı ilə qədər qüvvədə qalacaq. Qanun layihəsi artıq imzalanmaq üçün Baydenə göndərilib.

 

“Bu, milli təhlükəsizlik prioritetidir, çünki Rusiya uran mənbələrindən asılılıq ABŞ iqtisadiyyatı və Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində daha da gərginləşən mülki nüvə sənayesi üçün müttəfiqlərinin və ABŞ tərəfdaşlarının zərərinə risk yaradır”, - Ağ Evin məlumatında deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...