Modern.az

Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürüldü

Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürüldü

18 Aprel 2024, 10:36

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində tədbirlər davamlı olaraq həyata keçirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 17-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 6 müxtəlif markalı tüfəng və 12 patron aşkarlanaraq götürülüb.

 

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər də davam etdirilir.

 

Həmin gün polis əməkdaşları Xankəndi şəhəri ərazisindən 7 müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 müxtəlif çaplı patron və digər sursatlar aşkar edərək götürüblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizin inşasına başladılar