Modern.az

BMT rəsmisi Azərbaycana təşəkkür etdi

BMT rəsmisi Azərbaycana təşəkkür etdi

Aktual

1 May 2024, 12:34

Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana bu kimi forumların keçirilməsinə şərait yaradıb, ev sahibliyi etdiyi üçün təşəkkür edirəm.

 

Modern.az xəbər verir ki, bu barədə BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaqgücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı panel sessiyasında çıxışı zamanı deyib.

 

“Bakı Forumu beynəlxalq sülhü təşviq edəcək. Azərbaycan siyasi diskussiyalarını davam etdirir, həmçinin, beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Biz bunu alqışlayırıq.

 

Biz hazırda sülh və etimaq quruculuğuna dəstək veririk. Münaqişlər dayanmadan artır. Elə bir yol kəsişməsindəyik ki, çoxtərəfli alətlərə, mexanizmlərə gərək duyulur. Hər kəs sülhü arzulayır, lakin bu asan məsələ deyil. Bu kimi forumların əhəmiyyəti ondan ibarətdir ki, dini, siyasi rəhbərləri bir araya toplayır. Bu il BMT üçün xüsusi bir ildir. Sentyabr ayında “Gələcəyin sammiti” adlı layihə təqdim edəcəyik”, - deyə o bildirib.

 

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

 

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

 

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

 

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

 

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...