Modern.az

“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək

“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək

Aktual

3 May 2024, 12:42

“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək.

 

Modern.az xəbər verir ki, yarış Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.

 

FIDE-nin 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İştirakçıların yekun siyahısı iyunun 15-də müəyyənləşəcək.

 

Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın mükafat fondu 50 000 ABŞ dolları olacaq.

 

Qeyd edək ki, iyunun 29-da start götürəcək “Baku Open 2024” beynəlxalq şahmat festivalı iyulun 7-də yekunlaşacaq. Turnirin baş hakimi AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi