Modern.az

Geodeziyaçılar Kirants kəndinə gəliblər

Geodeziyaçılar Kirants kəndinə gəliblər

Aktual

6 May 2024, 11:36

Hazırda geodeziyaçılar Tavuş rayonunun Kirants kəndinə gəliblər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu mayın 6-da səhər saatlarında Kirants kəndinin icma başçısı Kamo Şaqinyan deyib.

 “Kənddə çoxlu sayda polis var. Kəndlilər gərgin vəziyyətdədirlər, lakin heç nə edə bilmirlər, yolu bağlamayıblar”, - deyə Şaqinyan əlavə edib.

Kəndin başçısının dediyinə görə, yerölçənlərin onlarla nə qədər qalacağını bilmir, üç gün olacağını güman edir.

Qeyd edək ki, Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərliyi ilə mayın 4-də Kirantsdan başlayan etiraz yürüşü bu gün davam edəcək.

Etirazçılar mayın 9-da günorta saatlarında İrəvandakı Respublika meydanına çatmaq niyyətindədirlər. Onlar Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxırlar.

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi