Modern.az

Mühafizə etdiyi binadan oğurluq etdi - Həbs olundu

Mühafizə etdiyi binadan oğurluq etdi - Həbs olundu

Aktual

6 May 2024, 17:52

Goranboyda inzibati binalardan birindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Goranboy rayonunda yerləşən inzibati binalardan birindən 880 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, binanın mühafizəçisi Elşən Cəlilov saxlanılıb.

 

Araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi