Modern.az

Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

8 May 2024, 11:20

Mayın 8-də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun vəfat günü ilə əlaqədar Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, anım mərasimində qəhrəmanın ailə üzvləri, cəbhə yoldaşları, veteran tankçılar, şəhid ailələri, qazilər, Milli Qəhrəmanın adını daşıyan 154 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Şəhidin ruhunu şad etmək və xatirəsini anmaq məqsədilə məzarı başında dualar oxunub.

 

Tədbirdə Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycan torpağının hər zaman qəhrəmanlar yetişdirdiyini bildirib:

 

“Bu gün Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun anım günüdür. Vətən müharibəsində qələbənin əsasını məhz Birinci Qarabağ müharibəsinin qəhrəmanları qoymuşdular. 44 günlük savaş zamanı bunun şahidi olduq. Azərbaycan bu müharibədə möhtəşəm qələbə qazandı. Albert kimi qəhrəmanlar hər zaman ölümün gözünə dik baxıblar. Onların xatirəsi Azərbaycan xalqı tərəfindən daim diqqət mərkəzində saxlanılaraq əziz tutulur”.

 

Sonra Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycan Milli Qəhrəman Albert Aqarunovun şərəfli həyat və döyüş yoluna həsr olunmuş filmin təqdimatı keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi