Modern.az

Salyan sakini narkotiklə tutuldu

Salyan sakini narkotiklə tutuldu

Aktual

10 May 2024, 09:20

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elvin Hacıyev saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, onun üzərinə və yaşadığı ünvana keçirilən baxış zamanı ümumi çəkisi 2 kiloqram 500 qramdan artıq olan psixotrop maddə metamfetamin və marixuana aşkarlanıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ