Modern.az

Şuşada "ASAN xidmət" mərkəzi bu tarixdə AÇILACAQ

Şuşada

Qarabağ

10 May 2024, 11:50

Mayın sonunadək Şuşada "ASAN xidmət" mərkəzi açılacaq.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

 

O qeyd edib ki, Şuşadakı "ASAN xidmət" mərkəzinin xidmətlərindən Xankəndi sakinləri də istifadə edə biləcək.

 

"Ümumilikdə azad olunmuş ərazilərdə, xüsusilə Ağdam, Cəbrayıl, Laçın və Şuşa olmaqla 4 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərəcək", - sədr əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ