Modern.az

Ermənistanı qatıb-qarışdıran keşiş Kanada vətəndaşıymış

Ermənistanı qatıb-qarışdıran keşiş Kanada vətəndaşıymış

Aktual

10 May 2024, 15:33

"Bəli, mənim ikili vətəndaşlığım var, Ermənistan və Kanada vətəndaşıyam”.

Modern.az xəbər verir ki, bunu Ermənistandakı etiraz aksiyalarına rəhbərlik edən arxiyepiskop Baqrat Srbazan jurnalistlərlə söhbətində deyib.

Baqrat Srbazanın nəzərinə çatdıranda ki, Konstitusiyaya görə, o, Ermənistan Respublikasının baş naziri ola bilməyəcək, keşişin cavabı belə olub:

“Əgər xalq bunu istəsə, xalqın iradəsi olsa və ali patriarx xeyir-dua verər, mən kiməm ki, yox deyim? Yenə deyirəm, mənim mübarizəm baş nazir olmaq uğrunda deyil, titulum baş nazir kreslosundan yüksəkdir”.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ