Modern.az

Polis hərəkətə keçdi - Ermənistandakı aksiyalarda saxlanılanlar var

Polis hərəkətə keçdi - Ermənistandakı aksiyalarda saxlanılanlar var

10 May 2024, 15:44

İrəvanda bu gün keçirilən itaətsizlik aksiyasının 12 iştirakçısı saxlanılaraq Polis bölmələrinə aparılıb.

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi belə məlumat yayıb.

Rəsmi məlumata görə, İrəvanda keçirilən etiraz aksiyaları zamanı 8 nəfər saxlanılıb. Onlardan ikisi bıçaqlı silah - bıçaq, digəri isə qadağan olunmuş əşya saxlamaqda ittiham olunub.

Paytaxt aksiyalarının 5 iştirakçısı polis əməkdaşının qanuni tələblərinə tabe olmadıqları üçün saxlanılıb.

Vayots Dzorda keçirilən etiraz aksiyaları zamanı isə 4 nəfər saxlanılıb, onlardan 3-ü polisin qanuni tələblərinə tabe olmayıb, 1-i isə polisə qarşı zorakılıq tətbiq edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ