Modern.az

Ali məktəblərə və kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlandı

Ali məktəblərə və kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlandı

1 May 2014, 10:34

2014-2015-ci tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak üçün 97 307 abituriyent sənəd verərək ərizəsini təsdiqlədib. Həmin abituriyentlərin 88 549-u Azərbaycan, 8758-i isə rus bölməsinin abituriyentləridir.

Abituriyentlərin 35 555-i I, 23 473-ü II, 26 164-ü III, 12 115-i isə IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün sənəd verib.

Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu aprelin 1-dən 30-dək davam edib. Ərizəsini təsdiqləməyən abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməzlər.

Qeyd edək ki, bu il əvvəlki illərin məzunları üçün qəbul imtahanları mayın 11 və 18-də keçiriləcək. Bu ilin məzunları üçün isə, yəni tam orta və orta ixtisas təhsili müəssisələrini 2014-cü ildə bitirənlər, həmçinin ali təhsil müəssisələrini bu il bitirib ikinci ali təhsil almaq istəyən şəxslər üçün qəbul imtahanları iyul ayında olacaq.

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir