“TEKNOFEST Azərbaycan” festivalının son günü də möhtəşəm hava şousu ilə yadda qalıb.
Modern.az xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin “SU-25” (5 ədəd) və “MiQ-29” (2 ədəd) qırıcı təyyarələri və hərbi helikopterlərinin, Türkiyənin “Solotürk” (2 ədəd F16), “Türk Ulduzları” (5 ədəd F5) və “Hürkuş” aerobatika komandalarının, ATAK helikopterlərinin və AKINCI PUA-sının iştirakı ilə hava şouları təşkil olunub.
Azərbaycan və Türkiyənin pilotları hava şouları ilə ziyarətçilərin qəlbini fəth edib.