Modern.az

Ruslar “Su-25 təyyarəsini vurdular

Ruslar “Su-25” təyyarəsini vurdular

Aktual

29 May 2022, 14:46

Rusiyanın hava hücumundan müdafiə sistemləri Dnepropetrovsk vilayətinin Novoqriqorovka yaşayış məntəqəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "Su-25" təyyarəsini vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

 

Onun sözlərinə görə, Ukraynaya məxsus 4 pilotsuz uçuş aparatı Xarkov vilayətinin Malye Proxodı, Dnepropetrovsk vilayətinin Mirolyubovka və qondarma Donetsk respublikasının Nijnyaya Krınka yaşayış məntəqələri ərazilərində zərərsizləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...