Modern.az

Fənərbağçanın yeni baş məşqçisi bəlli oldu

“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu

Aktual

29 May 2022, 16:09

“Fənərbağça” klubu portuqaliyalı baş məşqçi Xorxe Jesusla 3 illik müqavilə imzalayıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Jesus və komandasının 7,5 milyon avro qazanacağı açıqlanıb. Müqaviləyə nailiyyətlərə görə bonuslar da daxildir.

 

Qeyd edək ki, 24 iyul 1954-cü ildə Portuqaliyada anadan olan Xorxe Fernando Pinheyro Jesus peşəkar futbolçu karyerasına 1973-cü ildə başlayıb. O, “Sportinq” “Benfika” və “Belenenseş” kimi komandalarda çıxış edib.

 

1989-cu ildə “Amora” klubunda məşqçilik karyerasına başlayan Jesus “Braqa”, “Vitoria Gimaraynş”, “Sportinq”, “Benfika” və “Flamenqo” kimi komandaları çalışdırıb.

 

Mütəxəssis 6 dəfə Portuqaliya Liqa Kuboku, 2 dəfə Portuqaliya Superkuboku, eləcə də Libertadores Kuboku, Braziliya Superkuboku, Braziliya Kuboku, Sudamerikana və Səudiyyə Ərəbistanı Superkubokunu qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı