İranın Hörmüzqan əyaləti sahili yaxınlığında qaçaqmalçılığa cəhd edən gəmi saxlanılıb.
Modern.az-ın məlumatına görə, gəminin hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.
Saxlanılan gəmidən 106 min 500 litr qaçaq yanacaq müsadirə olunub. Gəminin 9 ekipaj üzvü saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.(APA)