10 ay komada qaldıqdan sonra ötən gün şəhidlik zirvəsinə ucalan Yaqub Qəhrəmanlı dəfn olunub.
Modern.az xəbər verir ki, dünən Vətən Müharibəsi qazisi, “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən Yaqub Qəhrəmanlı 10 aylıq komadan sonra vəfat edib.
O doğulub boya-başa çatdığı Tərtərin Dəmirçilər kəndində dəfn olunub. Dəfn mərasimində ailə üzvləri, ictimaiyyət nümayəndələri, hərbçilər, eləcə də kənd əhalisi iştirak edib.
Xatırladaq ki, Y.Qəhrəmanlı müharibədə başından zərbə alıb və gözünün arxa hissəsində qəlpə qalıb. O, iyulun 9-dan komada olub. Həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun 2 yaşlı oğlu yadigar qalıb.