Modern.az

Qran Prini izləmək üçün 9 tribuna quraşdırılıb

Qran Prini izləmək üçün 9 tribuna quraşdırılıb

Aktual

30 May 2022, 12:00

Bakı Şəhər Halqasında tamaşaçılar üçün 9 tribuna yerləşir. Ən böyük tribuna Abşeron tribunasıdır və onun 5500 tamaşaçı tutumu var.

 

Modern.az-ın məlumatına görə, bunu Bakı Şəhər Halqası (BŞH) əməliyyat şirkətinin yarış obyektlərinin tikintisi üzrə rəhbər Tom Buçer deyib.

 

O bildirib ki, Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün tribunalarda 16700 oturacaq quraşdırılıb:

 

"Ən böyük tribuna Abşeron, ən kiçik tribuna isə Sahil (456 tamaşaçı) tribunasıdır".

 

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı