Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı tikinti və quraşdırma işlərinin 85 faizi başa çatıb.
Modern.az-ın məlumatına görə, bunu Bakı Şəhər Halqası əməliyyat şirkətinin yarış obyektlərinin tikintisi üzrə rəhbər Tom Buçer deyib.
O qeyd edib ki, mühafizə hasarlarının və bloklarının quraşdırılması 8 gün ərzində tamamlanacaq və trek 6 iyun gecə saatlarından 7 iyun səhər saatlarına qədər bağlanacaq.
T.Buçer əlavə edib ki, Bakı treki 7 iyunda yarışa hazır vəziyyətə gətiriləcək: "Bundan sonra Beynəlxalq Avtomobil Federasiyası trekə baxış keçirəcək. Əgər ehtiyac olarsa, düzəlişlər ediləcək".
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.