Modern.az

Ohanyanın əmlakı müsadirə olunacaq

Ohanyanın əmlakı müsadirə olunacaq

Aktual

30 May 2022, 17:20

Ermənistan hüquq-mühafizə orqanları sabiq müdafiə naziri Seyran Ohanyanın 3,5 milyon dollarlıq əmlakını və vəsaitini müsadirə etmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

 

Bildirilib ki, Ermənistan prokurorluğu sabiq müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın əmlakının müsadirə edilməsi ilə bağlı iddia qaldırıb. Məhkəmə qanunsuz əldə olunmuş əmlakın müsadirəsinə dair iddianı icraata qəbul edib.

 

Məlumata görə, məhkəmənin müsadirə edəcəyi əmlaklar sırasında ictimai əhəmiyyətli iki torpaq sahəsi, Vahaqni rayonunda malikanə və bir lüks avtomobil var.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!