“Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası davam edir.
İB-dən Modern.az-a bildirilib ki, bu həftə daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.
Aksiya mayın 31-də Tərtər rayonunda (Tərtər şəhəri, Mədəniyyət Mərkəzinin qarşısı), iyunun 1-də Ağdam rayonunda (Ağdam şəhəri, Mədəniyyət Mərkəzinin qarşısı), iyunun 2-də Ağcabədi rayonunda (Ağcabədi şəhəri, Muğam Mərkəzinin qarşısı) və iyunun 3-də isə Yevlax rayonunda (Yevlax şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısı) saat 13:00-dan 15:00-dək baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.