Mayın 30-da saat 23 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Cəbrayıl rayon sakini H.Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Səməd Abbasovu vurub.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.