Ukrayna Prezidenti Volodimir Zelenski əslən azərbaycanlı olan daha bir hərbçisini təltif edib.
Modern.az xəbər verir ki, Zelenskinin imzaladığı sərəncama əsasən, Ukrayna ordusunun hərbçisi Ruslan Xəlilov “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, Ruslan Xəlilov Gürcüstanın Marneuli rayonunda doğulub. O, hələ 2015-ci ildə Donetsk və Luqansk istiqamətində separatçılara qarşı döyüşlərdə yaralanmışdı.
