Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvələrin sayı 30 min 700-ə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rəsmi məlumatda qeyd olunub ki, Rusiya ordusunun fevralın 24-dən indiyədək 1361 ədəd tankı, 3 343 ədəd zirehli döyüş maşını, 659 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 94 hava hücumundan müdafiə sistemi, 208 ədəd hərbi təyyarəsi, 175 ədəd helikopteri, 120 qanadlı raketi, 2 290 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 519 ədəd dronu, 120 qanadlı raket və 49 ədəd xüsusi texnikası sıradan çıxarılıb.