Modern.az

Prezident Dövlət Komissiyasının tərkibi dəyişdi

Prezident Dövlət Komissiyasının tərkibi dəyişdi

Aktual

1 İyun 2022, 12:50

Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyasının tərkibi dəyişib.

 

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

 

Sərəncama əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimidir:

 

“Komissiyanın sədri

 

Azərbaycan Respublikasının Baş naziri

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı