Modern.az

Tbilisi merinin müavini evində ölü tapıldı

Tbilisi merinin müavini evində ölü tapıldı

Aktual

1 İyun 2022, 13:14

Tbilisi şəhər merinin müavini İlya Eloşvili öz evində ölü tapılıb, hazırda ölümün səbəbi müəyyənləşdirilir.


Modern.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq Cinayət Məcəlləsinin 115-ci – özünü öldürmə həddinə çatdırma maddəsi ilə aparılır.

“Novosti-Georgia” xəbər verir ki, ölümün dəqiq səbəbi aydınlaşana qədər həmişə bu maddə üzrə iş başlanır.

Ekspertlər və kinoloqlar itlərlə bir neçə saatdır hadisə yerində işləyirlər. Meyit hələ ekspertizaya təqdim edilməyib.


Eloşvili on ildən artıqdır ki, Tbilisinin hazırkı meri Kaxa Kaladzenin komandasındadır. O, 2021-ci ildən Tbilisi merinin müavini olub, bundan əvvəl energetika nazirinin müavini və nazir vəzifələrində çalışıb.


İlya Eloşvilinin 47 yaşı var idi, o, evli və iki uşaq atası olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı