Modern.az

Dünya şöhrətli alim Bakıya gəlir

Dünya şöhrətli alim Bakıya gəlir

Aktual

1 İyun 2022, 13:28

Türkiyə Cümhuriyyəti Başkent Universitetinin qurucusu və Dünya Transplantaloji Dərnəyinin sədri, professor-doktor Mehmet Haberal Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yüksək mükafatına layiq görülüb.

Modern.az xəbər verir ki, mükafat alimə mayın 27-də ÜST-ün Cenevrə şəhərindəki mənzil-qəragahında Ümumdünya Səhiyyə Assambleyasının sahiblik etdiyi təntənəli mərasimdə təqdim olunub.

Mərasimi giriş sözü ilə açan ÜST-ün baş direktoru Tedros Adhonom Qebreyesus, dünya və Türkiyə orqan nəqli iştirakçılarından biri olan proffessor-doktor Mehmet Haberalın dünya tibbinə verdiyi töhfələri, göstərdiyi uğur və nailiyyətləri əsas tutaraq, bu ada layiq görüldüyünü söyləyib.

Onu da qeyd edək ki, Azərbaycanın böyük dostu olan professor-doktor Mehmet Haberalın iyun ayının 2-dən 4-dək Azərbaycanda keçirilməsi nəzərdə tutulan III Nefrolji Dializ və Transplantaloji Beynəlxalq konqresinə qatılacağı və burada bir çox görüşlərdə iştirakı gözlənilir.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı