Modern.az

Metroda uşaqlara sürpriz - FOTOLAR

Metroda uşaqlara sürpriz - FOTOLAR

Aktual

1 İyun 2022, 14:08

Bakı metropoliteni daha bir əhəmiyyətli sosial layihəsini bərpa edib. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “İçərişəhər” stansiyasının vestibülündə zəngin və əyləncəli proqramlı şou təşkil edilib.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, bir-birindən maraqlı və fərqli layihələrin eyni məkanda cəm şəklində keçirilməsi stansiyada festival ovqatı yaradıb.


Xüsusi dəvət edilmiş musiqi tərtibatçısının məşhur uşaq mahnılarından ibarət musiqi çələnginin sədaları altında Əməkdar artist Bəhram Bağırzadə səhnəyə gəlib. “Bakı metropoliteni” QSC-nin təqdimatında o, növbəti kitablarını şəxsən imzalayaraq, azyaşlı oxucularına hədiyyə edib.

 

Onun şən zarafatları ilə keçən mərasimdə uşaqlar və böyüklər unudulmaz anlar yaşayıb, xatirə şəkilləri çəkdiriblər.

 

Tədbirdə müxtəlif uşaq tamaşalarının personajları, xüsusi velotəkərlərdə hərəkət edən jonqlyor oyunları uşaqların diqqətini çəkib.

 

Şou-proqramın budəfəki ənənəvi  xüsusi qonağı uşaqların sevimlisi, Dünya İllüziyaçılar Assosiasiyasının üzvü Anar Əliyevin nümunəvi çıxışları olub. Onun yeni proqram əlavə etdiyi səhnə tamaşası heyranlıqla qarşılanıb.

 

Şən təlxəklərin zarafatcıl oyunları ilə rəngarəng şarlardan düzəldilən fiqurlar, həmçinin metropolitenin hədiyyələri balaca sərnişinlərin iki saat davam edən şoudan tam məmnun ayrılmasını təmin edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı