Modern.az

Qətərin keçmiş şahzadəsi İspaniyada ölü tapılıb

Qətərin keçmiş şahzadəsi İspaniyada ölü tapılıb

Aktual

1 İyun 2022, 15:06

Qətər əmirinin 73 yaşlı əmisi Əbdüləziz bin Xəlifə əl Taninin keçmiş arvadı Kasia Gallanonun cəsədi İspaniyanın cənub sahilindəki Marbella şəhərində tapılıb.
 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Əbdüləziz bin Xəlifə əl Tani Qətərdə dövlət çevrilişinə cəhddə ittiham olunduğu üçün 1992-ci ildən Fransada yaşayır. Cütlük 2004-cü ildə ailə qurub və onların üç qız övladı doğulub.
 

2012-ci ildə onlar ayrılıblar, o zaman Kasia Gallano keçmiş ərini böyük qızına qarşı zorakılıqda ittiham edib. Bundan sonra o, 10 il qızlarını himayəsinə almaq üçün mübarizə aparsa da, uşaqlar atalarına verilib.


45 yaşlı qadının meyiti üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib. O, depressiyadan və spirtli içkilərə aludəçilikdən əziyyət çəkirdi.

Kasia Gallano əvvəllər Qətər kral ailəsinin üzvü olduğundan onu "keçmiş şahzadə" kimi təqdim edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı